Eyfel Qülləsini iki dəfə sataraq tarixə düşən adam - Viktor Lustiq

Eyfel Qülləsini iki dəfə sataraq tarixə düşən adam - Viktor Lustiq
Kateqoriya məlum deyil
T

Fırıldaqçılıq məsələsinə gəldikdə, dünyanın hər yerindən inanılmaz nümunələrlə qarşılaşırıq. Viktor Lustiq bu nümunələrdən biridir. Eyfel Qülləsini iki dəfə sataraq tarixə adını yazan Lustiq isə təkcə bununla kifayətlənməyib. Hətta göndərildikdən sonra həbsxanadan da qaçmağı bacarıb.

 

Sfera.az bu dəfə tariz mövzusunda adını tarixə iki dəfə Eyfel Qülləsini satmaqla yazdıran Viktor Lustiq haqqında maraqlı yazı təqdim edir.

 

Uşaqlığında "mükəmməl tələbə" kimi tanınan Viktor Lustiqin hekayəsi olduqca maraqlı və gülməlidir.

 

Viktor Lustiq 1900-cü illərin əvvəllərində anadan olub. O, Avstriya-Macarıstandan idi.

 

Az pulu olan təvazökar bir ailədə anadan olub. Ağıllı bir uşaq idi, bir neçə dildə danışırdı və müəllimləri ona heyran qalırdılar. Məktəb illiyinə görə, o, əlaçı şagird idi. Sinif yoldaşları arasında da məşhur idi. Qızlarla flört edir və oğlanlarla yaxın dostluqlar qururdu. Sonrakı illərdə o, hər kəsə sadəcə uğurlu şagirddən daha çox şey olduğunu göstərirdi.

 

Bir gün məktəbdə çətinlik çəkirdi. İddialara görə, bir oğlanın xəyanət etdiyini görüb onunla üzləşmək qərarına gəlmişdi. Vəziyyət gərginləşərək davaya çevrilmişdi. Dava nəzarətdən çıxdıqda, Lustiq ağır şəkildə döyülüb. Bu hadisədən o qədər təsirlənib ki, bütün xarakteri dəyişib və sağ qalmaq üçün acgöz insanlardan oğurluq etməyə başlayıb. O, bütün məlum fəndləri təkmilləşdirərək dünya miqyaslı cinayətkar oldu.

Bir gün çantalarını yığıb qaçdı. Məqsədi insanları aldatmaq idi.

 

Bir neçə ili yelkənli qayıqla gəzmək, kokteyl içmək və yeni hədəflər tapmaqla keçirdi. Müxtəlif fəndlərlə bahalı paltarlar və zərgərlik əşyaları geyinmiş qadınları tələsinə saldı. O, təkcə qadınları deyil, həm də onların ailələrini heyran etdi. Qadınların varlı ailələrindən müxtəlif sövdələşmələr vasitəsilə pul qoparırdı. Birinci Dünya Müharibəsinin başlaması ilə dəniz səyahətini məhdudlaşdıran sanksiyalar tətbiq edildi. Daha çox qurban tapa bilməyən Lustiq planını dəyişdirməli oldu.

 

Onun yeni planı dediklərinin hamısına inanacaq sadəlövh amerikalıları tapmaq idi.

 

O, "Rumıniya qutusu" adlı bir qutu ilə bir çox insanı aldatdı. İddialara görə, bu qutuya qoyulan pul bir neçə saat ərzində özünü çoxaldırdı. Texas şerifi də daxil olmaqla bir çox insan buna inanırdı. Lustiq bu sadə qutunu şerifə bir neçə min dollara satıb. Şerif qutunun işləmədiyini anlayanda Lustiq artıq ştatı çoxdan tərk etmişdi.

 

Şerif təslim olmayıb və Lustiqi Çikaqoya qədər təqib et. Sonra Lustiqdən ona işləyən bir qutu verməsini tələb edib. Beləliklə, Lustiqin onu əslində aldatdığını anlamamışdı. Fürsətin yarandığını görən Lustiq, hətta qutunu səhv idarə etdiyinə görə şerifi danlayıb. Daha sonra şerif üzr istəyərək gedib.

 

Lüstiq, sadəcə adi vətəndaşları aldatmaqla kifayətlənməyərək, illərin ən məşhur mafiozu Al Kaponeni də aldadıb.

 

Kapone Lüstiqə iş üçün 50.000 dollar verib. Lüstiq bu puldan daha çox insanı aldatmaq üçün istifadə edib. İşin sonunda Kaponeyə payını vermək əvəzinə, üzr istəyib və işin uğursuz olduğunu bildirib. O, həmçinin qalan pulun bir hissəsini geri qaytarıb. Lüstiqin dürüstlüyündən təsirlənən Kapone onu 1000 dollarla mükafatlandırlb.

 

1925-ci ildə Lüstiq Eyfel Qülləsi haqqında qəzet məqaləsinə rast gəlir. 

 

Qüllə 40 il əvvəl tikilmiş və təmirə ehtiyacı var idi. Təmir işləri o qədər geniş və bahalı idi ki, bir çox vətəndaş qüllənin sökülüb metal qırıntıları satıcılarına satılmalı olduğunu düşünürdü. Bəs bu metal qırıntılarını kim alacaqdı?

 

Lüstiq beş metal qırıntıları satıcısı ilə görüş təşkil edib. O, satıcılara özünü dövlət məmuru kimi təqdim etmişdi. Məsələ hələ də mübahisəli olduğundan, görüşdə iştirak edənlərdən bu məlumatı məxfi saxlamalarını istəyib.

 

Plan olduqca sadə idi:

 

Lustiq hər metal qırıntıları satıcısından qüllə üçün təklif vermələrini istəyir. Sonra ən yüksək təklif verəndən pulu götürüb yoxa çıxır. Əlbəttə ki, bunu edərkən qarşılaşdığı kişilərin xarakterini təhlil etməyi də unutmamışdı. Daha iddialı kişiləri analiz edərək gələcəkdə fırıldaq edəcəyi şəxsləri müəyyənləşdirib. Seçdiyi adlardan biri Andre Puasson idi. Puassonla şəxsi görüş təyin edib, ona təklifinin çox aşağı olduğunu və qiyməti artıracağı təqdirdə ona güzəştli münasibət göstərəcəyini deyib. Başqa sözlə, Puassona yaxşılıq etdiyini iddia edib. Təklifi itirməkdən qorxan Puasson qiyməti artırıb. O, bundan əlavə Lustiqə rüşvət də verib. Sonda Lustiq bugünkü pulla təxminən 30 milyon dollar qazanıb.

 

İkinci cəhdində o qədər də şanslı olmadı…

 

Lustiq Eyfel qülləsini ikinci dəfə satmağa çalışdı, lakin metal qırıntıları satıcısı şübhələndi və onu polisə bildirdi. Lustiq Amerikaya qaçdı və orada fırıldaqçılığını davam etdirdi. Lakin işlər nəzarətdən çıxdı və kiçik bir səhv üzündən tutuldu. O, Amerikaya qaçdı və orada fırıldaqçılığını davam etdirdi. Lakin işlər nəzarətdən çıxdı və kiçik bir səhv üzündən tutuldu. Tutulanda qəribə bir açarı var idi və iddia edirdi ki, bu açar evindəki gizli şkafı açır. Bununla, yenidən polisi aldatmağa çalışıb. O, mühakimə olunaraq həbsxanaya məhkum edilib. Oradan təmizlikçi kimi gizlənərək qaçıb. Tez bir zamanda yenidən tutulub və yüksək təhlükəsizlikli Alkatraz Həbsxanasına göndərilib. 1947-ci ildə Alkatrazda sətəlcəmdən vəfat edib. 

 

Ölümündən əvvəl fırıldaqçılığa yeni başlayanlar üçün 10 qayda yazıb

 

1. Səbirli dinləyici olun. Bu, fırıldaqçının məqsədlərinə çatmasına kömək edən ən vacib şeydir.
2. Heç vaxt darıxmış kimi görünməyin.
3. Şəxsin siyasi baxışlarını izah etməsini gözləyin, sonra onunla razılaşın.
4. Digər şəxsin dini baxışlarını izah etməsini gözləyin, sonra onunla razılaşın və onun baxışlarını qəbul edin.
5. Cinsi əlaqəyə eyham vurun, amma qarşı tərəf maraqlanmırsa, məsələni qaldırmayın.
6. Xüsusi bir səbəb olmadığı təqdirdə xəstəlikləri heç vaxt müzakirə etməyin.
7. Başqalarının şəxsi işlərinə qarışmayın.
8. Heç vaxt öyünməyin.
9. Nəzakətsiz olmayın.
10. Heç vaxt sərxoş olmayın

 

Aynil

 

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ