Küçədə yaşayan aktrisanın 400 min sərvəti var imiş

Küçədə yaşayan aktrisanın 400 min sərvəti var imiş
Kateqoriya məlum deyil
T

"The Ring" filmində canlandırdığı Samara obrazı ilə tanınan amerikalı aktrisa Deyvi Çeysin ölümündən sonra onun mirası ilə bağlı yeni detallar üzə çıxıb.

Sfera.az xəbər verir ki, 35 yaşında vəfat edən aktrisanın təxminən 400 min dollar dəyərində şəxsi əmlakı olduğu, lakin vəsiyyətnamə yazmadığı bildirilib. Məlumata görə, Deyvi Çeys 2026-cı il iyunun 16-da QİÇS-lə əlaqəli ağırlaşmalar səbəbindən dünyasını dəyişib. Məhkəmə-Tibbi Ekspertiza İdarəsinin hesabatında xroniki narkotik maddə istifadəsinin də ölümə təsir edən amillərdən biri olduğu qeyd edilib. Aktrisanın son illərdə evsiz yaşadığı və Los-Ancelesin "Skid Row" bölgəsində qaldığı da açıqlanıb.

Məhkəməyə təqdim olunan sənədlərdə onun adına hər hansı daşınmaz əmlakın olmadığı, lakin təxminən 400 min dollarlıq mal varlığının müəyyən edildiyi bildirilib.

Vəsiyyətnamə olmadığı üçün aktrisanın anası Keti Çeys mirasın idarə olunması məqsədilə Los-Anceles Ali Məhkəməsinə müraciət edib. Müraciətə avqustun 12-də baxılması gözlənilir.

Keti Çeys qızının ölümündən sonra verdiyi açıqlamada illərlə onu xilas etməyə çalışdığını deyib. O bildirib ki, Deyvinin asılılığı 2016-cı ildə keçirdiyi motosiklet qəzasından sonra qəbul etdiyi ağrıkəsicilərdən başlayıb.

"Mən qızımı heç vaxt evdən qovmamışam. Ana kimi ondan heç vaxt vaz keçmədim və hər zaman bir gün evə qayıdacağına ümid etdim" deyə, o əlavə edib.\\axsam.az

PAYLAŞ