Kəmalə Günəşli əməliyyat olundu - VİDEO

Kateqoriya məlum deyil
T
Müğənni Kəmalə Günəşli sosial şəbəkədə etdiyi paylaşımı ilə izləyicilərinin diqqətini üzərinə çəkib.
Sfera.az xəbər verir ki, sənətçi əməliyyata getdiyini açıqlayaraq paylaşımında "Gözəllik qurban tələb edir" sözlərini yazıb. Kəmalə Günəşli hansı estetik prosedurdan keçdiyini açıqlamasa da, paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
İzləyicilər sənətçinin səhhəti ilə maraqlanaraq ona xoş arzularını çatdırıblar. Bəziləri isə ifaçının yeni görünüşünün necə olacağını maraqla gözlədiyini bildiriblər. İzləyicilər arasında tənqidli rəylər də az olmayıb.
Kəmalə Günəşlinin əməliyyatla bağlı paylaşımı qısa zamanda sosial mediada yayılıb və istifadəçilər arasında müxtəlif reaksiyalar doğurub.
