Rihanna illər sonra səhnəyə qayıtdı - FOTO

Rihanna illər sonra səhnəyə qayıtdı - FOTO
Kateqoriya məlum deyil
T

Dünyaca məşhur müğənni Rihanna uzun fasilədən sonra pərəstişkarlarını sevindirən xəbər verib.

Sfera.az xəbər verir ki, ötən ilin sentyabrında üçüncü övladını dünyaya gətirən və daha sonra dördüncü uşaq planı ilə bağlı mesajlar verən 37 yaşlı “Qremmi” mükafatlı ulduz nəhayət yenidən səhnəyə çıxıb.

Son 10 ildə yeni albom təqdim etməyən və konsert təşkil etməyən Rihanna məşhur reper Cay-Z-nin Nyu-Yorkdakı “Yankee” stadionunda baş tutan konsertində sürpriz qonaq kimi səhnəyə çıxıb.

İki mahnı ifa edən müğənni çıxışının sonunda pərəstişkarlarına müraciət edərək “Bunu etmək üçün çox darıxmışam. Və bəli, geri qayıdıram”, - deyə bildirib.

Rihannanın bu açıqlaması uzun illərdir yeni albom və konsert gözləyən pərəstişkarları arasında böyük sevinc yaradıb. Müğənninin yaxın vaxtlarda yeni musiqi layihələri və konsert proqramı ilə bağlı rəsmi açıqlama verəcəyi gözlənilir.

Bəsti Rəfizadə

Sfera.az

Açar sözlər:
PAYLAŞ