İbrahim Tatlısesin oğlundan atasına sərt sözlər: “Mirası onsuz da alacağıq”

Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlıses Ankarada xəstəxanada müalicəsini davam etdirərkən, oğlu Ahmet Tatlıses atası ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Sfera.az xəbər verir ki, uzun müddətdir atası ilə münasibətləri gərgin olan Ahmet Tatlıses məkanlardan birinin çıxışında jurnalistlərin suallarını cavablandırıb.
O, atasının təxminən bir aydır müalicə aldığını bildirərək, bu müddətdə onu demək olar ki, heç kimin ziyarət etmədiyini iddia edib.
“Bir aydır müalicə alır, amma heç kim ziyarətinə getmir. İnsanın dostları çətin gündə müəyyən yerə qədər yanında olur. Özünü güclü göstərməklə hər şey həll olunmur”, - deyə Ahmet Tatlıses bildirib.
Atasına çağırış edən Ahmet Tatlıses, onun davranışlarını yenidən nəzərdən keçirməli olduğunu vurğulayıb.
“Kaş ki, İbrahim bəy də sağlam düşünəydi və “Mən nə edirəm?” sualını özünə verəydi. Çünki övlad hər zaman əvəzolunmazdır”, - deyə o əlavə edib.
Jurnalistlərin İbrahim Tatlısesin daha əvvəl səsləndirdiyi “Bütün mirasımı dövlətə bağışlayacağam, övladlarıma bir qəpik də qalmayacaq” sözlərini xatırlatmasına cavab verən Ahmet Tatlıses bu iddianın reallaşmayacağını bildirib.
“Belə şey ola bilməz. Onun övladları, nəvələri, qohumları var. Bu mümkün deyil. Düşünürəm ki, İbrahim bəyə yanlış fikir təlqin ediblər. Dövlət də “Mən acizəm ki, kiminsə mirasını qəbul edim?” deyər”, - deyə o bildirib.
Xatırladaq ki, İbrahim Tatlıses bir müddət əvvəl xəstəxanadan verdiyi açıqlamada bütün əmlakını dövlətə vəsiyyət etdiyini, övladlarına isə miras qoymayacağını bildirib.
Bəsti Rəfizadə
