Xoşqədəmlə Doğuş Seda Sayanın qonağı oldular

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı Türkiyənin məşhur sənətçiləri Seda Sayan və həyat yoldaşı Doğuşla çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq diqqət mərkəzinə düşüb.
Sfera.az xəbər verir ki, aparıcı paylaşımına yazdığı səmimi qeyddə bildirib ki, Türkiyədə də Azərbaycandakı kimi onu doğması hesab edən və sevgi ilə qarşılayan çoxlu insan var. O, bunu Allahın ona bəxş etdiyi ən böyük nemətlərdən biri kimi qiymətləndirib.
Xoşqədəm Hidayətqızı həmçinin Seda Sayanla müxtəlif vaxtlarda eyni televiziya layihələrində yer almağın onun üçün böyük məmnunluq və xoşbəxtlik olduğunu da vurğulayıb.
Paylaşım qısa müddətdə izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Seda Sayan fotoya ürək emojiləri ilə şərh yazaraq jurnalistə sevgisini ifadə edib. Doğuş da paylaşıma ürək emojisi ilə münasibət bildirib.
Qeyd edək ki, Xoşqədəm Hidayətqızı-Doğuş cütlüyünün Arda və Arın adlı əkiz oğulları var.

