Eks-sevgilisi Biran barəsində cinayət işinin açılmasını tələb edir

Eks-sevgilisi Biran barəsində cinayət işinin açılmasını tələb edir
Kateqoriya məlum deyil
T

Keçmiş nişanlısı Abdurrahman Aydın türkiyəli aktrisa Biran Damla Yılmaz barəsində İstanbul Respublika Baş Prokurorluğuna rəsmi şikayət ərizəsi ilə müraciət edib.

Sfera.az xəbər verir ki, Abdurrahman ərizəsində Biranın Almaniyada yaşayış icazəsi almaq məqsədilə saxta sənədlər düzəltdiyini iddia edib. O bildirib ki, aktrisa aralarındakı münasibətdən müxtəlif şəxsi maraqlar və üstünlüklər əldə etmək üçün yararlandığını irəli sürüb.

Şikayət ərizəsində yer alan ən diqqətçəkən məqamlardan biri isə aktrisaya məxsus olduğu bildirilən pasport və diplom sənədlərində fərqli doğum tarixlərinin göstərilməsi ilə bağlı iddiadır.

Abdurrahman bu halın rəsmi sənəddə saxtakarlıq şübhəsi yaratdığını bildirərək, sözügedən sənədlərin kriminalistik ekspertizaya göndərilməsini və araşdırılmasını tələb edib.

Hələlik Biran məsələ ilə bağlı açıqlama verməyib.\\axsam.az

PAYLAŞ