İradə İbrahimova ailəsindəki ağır itkidən yazdı

İradə İbrahimova ailəsindəki ağır itkidən yazdı
Kateqoriya məlum deyil
T

Müğənni İradə İbrahimova ailəsində ağır itki üz verib.

Sfera.az xəbər verir ki, sənətçinin xalası dünyasını dəyişib. Bununla bağlı paylaşım edən İ.İbrahimova bunları yazıb:

“Çox gedənim oldu. Əllərimlə çiçək kimi tərtəmiz çimizdirib torpağa təslim etdiyim də oldu. Yola salarkən inanmağım gəlməsə də, hər ölümdə tək nöqtədə birləşəcəyimizi düşünürəm. Və o gün mütləq olacaq. Bitən heç nə yoxdur, başlanğıc var.

İnsanların içində insana həsrət qalmağın içimi sızladacaq. Ən yaxın rəfiqəm, dərd ortağım, dinləyənim, anlayanım, məni məndən daha yaxşı tanıyanım, halal et. Mən bir müddət daha bu səyyarədə var olmağa davam edəcəyəm. Məkanın cənnət olsun, Rəhiləm. Zümrüdünə qovuşunca mənim yerimə də qucaqla”.\\axsam.az


PAYLAŞ