İbrahim Tatlıses xəstəxanadan paylaşım etdi - FOTO

İbrahim Tatlıses xəstəxanadan paylaşım etdi - FOTO
Kateqoriya məlum deyil
T

Səhhətində yaranan problemlərlə son aylarda tez-tez gündəmə gələn İbrahim Tatlıses müalicə aldığı xəstəxanadan yeni paylaşım edib.

Sfera.az xəbər verir ki, məşhur türkücü fiziki terapiya keçdiyi xəstəxananın bağçasında çəkilmiş fotosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Tatlıses bir neçə ay əvvəl keçirdiyi ağır infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Daha sonra öd kisəsində yaranan problemə görə əməliyyat olunan sənətçinin cərrahi müdaxiləsinin uğurla başa çatdığı bildirilib. Müalicə prosesindən sonra o, həkimlərin nəzarəti altında 22 aprel tarixində evə buraxılıb.

Yenidən xəstəxanaya yerləşdirilən sənətçinin hazırda fiziki terapiya müalicəsi davam edir. Tatlıses paylaşdığı fotoya “Xəstəxananın bağçasında sərin axşamın həzzi”, - deyə qeydini əlavə edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ