Selena Qomez Teylor Sviftin toyunda baş rolda olacaq

Müğənni və aktrisa Selena Qomezin Teylor Sviftlə amerikalı futbolçu Trevis Kelsinin toyunda baş yardımçı olacağı bildirilir.
Sfera.az xəbər verir ki, bu barədə "Page Six" nəşri mənbəyə istinadən məlumat yayıb. Toy mərasiminin bu gün Nyu-Yorkdakı "Madison Square Garden" arenasında keçiriləcək nikahqabağı şam yeməyi ilə başlayacağı, əsas mərasimin isə cümə günü baş tutacağı bildirilir. Bununla bağlı yayılan məlumatlar əsasən anonim mənbələrə əsaslanır və cütlük tərəfindən rəsmi təsdiqlənməyib.
Məlumata görə, Selena Qomez və Teylor Svift təxminən 20 ilə yaxındır yaxın dostdurlar. Onlar 2008-ci ildə Selena Nik Conas, Teylor isə onun qardaşı Co Conasla münasibətdə olduğu dövrdə tanış olublar.
Selena Qomez 2017-ci ildə KIIS FM UK radiosuna müsahibəsində həmin günləri belə xatırlamışdı:
"Bu, möhtəşəm idi. O, iri buruq saçları, çoxsaylı bilərzikləri və kovboy çəkmələri ilə yadda qalırdı. Mən yenicə karyerama başlamışdım və dərhal dostlaşdıq. Həmin münasibətlərdən əldə etdiyimiz ən gözəl şey dostluğumuz oldu."
İllər ərzində iki məşhur birlikdə çoxsaylı qırmızı xalça tədbirlərində, musiqi mükafatlandırma mərasimlərində və nüfuzlu ictimai tədbirlərdə iştirak edib.
İnci
Sfera.az
