"Biri evlənəndə bütün nəsil onunla məşğul olur"

Aparıcı Zaur Baxşəliyev toy mərasimlərini lazımsız adlandırıb.
Sfera.az xəbər verir ki, aparıcı Azərbaycanda toy hazırlıqlarının həddindən artıq böyüdüldüyünü bildirib. Onun sözlərinə görə, iki gəncin evliliyi bəzən bütöv iki nəslin probleminə çevrilir:
"Bizdə gənclərin evlənməyi ilə bütün nəsil məşğul olur: qızın və bəyin ana, ata tərəfi, əmisi tərəfi, xonça bağlayanlar, restorana, salona gedənlər. Bir evlilik iki nəslin böyük probleminə çevrilir. Hələ evdə paltar ala bilməyib qırğın salanlar olur ki, filankəsin toyudur, mən ora nə geyinim".
Zaur əlavə edib ki, ən doğru yol iki nəfərin sakit şəkildə nikah bağlayıb həyatını qurmasıdır:
"İki nəfəri qoş bir-birinə, de get harada nikah kəsdir, yaşa, kef elə. Toyda da bilmirsən ki, bəylə gəlinin dərdini çəkəsən, yoxsa gələnlərin. Yeyənlər, içənlər... Hələ içib ağzı əyilib küsüb gedənlər olur: Nə toy idi, oturmağa yer tapmadıq, yemək olmadı, kabab soyuq idi'.
Ağlım olsaydı, heç Günayla toy etməzdim. Restorana o qədər pul verməkdənsə, bilet alıb uçarsan xaricə, orada evlənərsən".
Qeyd edək ki, Zaur və Günay cütlüyünün iki övladı var. \\axsam.az
