Evində filippinli qadın işlətdiyi üçün tənqid olundu

Şair Nazilə Səfərli evində köməkçi kimi filippinli qadın çalışdırdığı üçün tənqid olunub.
Sfera.az xəbər verir ki, Nazilə bir aydır ev işlərini həmin xanıma gördürdüyünü bildirib. Tənqidlərə cavab verən şair onunla daha rahat olduğunu deyib:
"Xoşuma gəlir. Elə bil evdə dili var, ağzı yox bir gəlin var. Üzümə qayıtmır, məni incitmir, sifət etmir, başıaşağı işini görür. Yemək və ya çay istəyəndə gətirir. O qədər arxamca danışdılar, qeybətimi etdilər, əməyimi itirdilər ki, insanlardan qaçıram. Ürəyim istəyəndə yatıram, ürəyim istəyəndə uzanıram. Bundan da utanmıram ki, niyə mən yatıram, o işləyir. Çünki mən də gedib kiminsə qapısında işləyirəm, balasını tərifləyirəm, əziyyətini çəkirəm. İnsan bir yerdən qazanar, bir yerdən də xərcləyər". \\axsam.az
