"Vəsiyyət edirəm, məni teatrın qarşısından son mənzilə yola salın"

"Vəsiyyət edirəm, məni teatrın qarşısından son mənzilə yola salın"
Kateqoriya məlum deyil
T

Əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrına qayıtmaq istəyir.

Sfera.az xəbər verir ki, aktrisa bununla bağlı məlumat yayıb. O bildirib ki, tək çalışmaq istədiyi yer AzDrama-dır. M.Xanlarova bununla bağlı teatra və Məfəniyyət Nazirliyinə müraciət etdiyini, amma müsbət cavab ala bilmədiyini əlavə edib.

Aktrisa vəsiyyətini yazaraq, başqa teatrda çalışmayacağını bildirib:

"Bir sənətkarın taleyi cəmiyyətin vicdan sınağıdır... Mən ömrümün ən gözəl illərini Azərbaycan teatrına, tamaşaçısına həsr etmiş bir sənətkaram. Səhnədə qazandığım alqışlar mənim ən böyük sərvətim olub. Heç vaxt düşünməzdim ki, həyatımın bu çağında haqqımı tələb etmək üçün qapılar döyməyə məcbur qalacağam...

Cənab nazir (mədəniyyət naziri Adil Kərimli - red.), məni illərimi verdiyim, hər daşına, hər küncünə bələd olduğum doğma teatrımdan ayırıb niyə başqa yerə göndərmək istəyirsiniz?! İnsan doğma evindən necə didərgin salınar? Niyə? Tamaşaçılarım, sevənlərim hər gün soruşur, mən də bilmirəm... Sizdən soruşuram. Niyə? Məni nəyə, kimə qurban verirsiniz? Ruhumu hara qoyub gedim?! O səhnənin hər zərrəsində mənim izim var!

Əziz tamaşaçılarım, nə zamansa bu dünyadan köçəndə sizə vəsiyyət edirəm: məni ömrümü həsr etdiyim doğma teatrımın önündən son mənzilə yola salarsınız".


PAYLAŞ