Türkan: "Vaxtilə bizi tənqid edənlər indi özləri meyxanaçılarla oxuyurlar"

Kateqoriya məlum deyil
T
Müğənni Türkan Vəlizadə maraqlı açıqlaması ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, sənətçi "Səhər yeməyi" verilişində bildirib ki, vaxtilə meyxanaçılarla duet oxuduqlarına görə onları tənqid edən bəzi tanınmış ifaçılar indi özləri də meyxanaçılarla əməkdaşlıq edirlər.
Müğənni açıqlamasında konkret ad çəkməyib:
"Bir vaxtlar bizə meyxanaçılarla oxuyuruq deyə irad tuturdular. Onların içində həm xalq, həm də əməkdar artistlər var. İndi isə həmin insanlar özləri meyxanaçılarla mahnılar ifa edirlər. Bunu deməkdən heç də çəkinmirəm. İnsan pislədiyi şeyi bir müddət sonra özü edəndə gülünc vəziyyət yaranır. Necəsənsə, elə də olmaq lazımdır".
