"Səninlə keçirdiyim illər üçün Allaha minnətdaram"

Kateqoriya məlum deyil
T
Azərbaycanlı teleaparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, türkiyəli müğənni Doğuşun ad günü münasibətilə sosial şəbəkə hesabında duyğusal paylaşım edib.
Sfera.az xəbər verir ki, aparıcı paylaşımında həyat yoldaşına sevgisini ifadə edərək birlikdə keçirdikləri illərə görə Allaha şükür etdiyini bildirib.
"Ad günün mübarək, əzizim. Bəzi sevgilər sözlə deyil, illərlə və birlikdə yaşanan hər anla ifadə olunur. Bu illərimiz, anlarımız üçün Rəbbimə sonsuz minnətdaram. Allah səni qorusun, ömrün həmişə sağlamlıq, hüzur və xoşbəxtliklə dolu olsun. Yaxşı ki, varsan. Səni sevirik", – deyə
Xoşqədəm Hidayətqızı paylaşımında qeyd edib.\\azxeber.com

