“Sihirli Annem”in məşhur simasının son halı hər kəsi təəccübləndirdi

Bir dövrün sevilən seriallarından olan “Sihirli Annem” ekranlara qayıtması ilə yenidən gündəmə gəlib. Serialda Buket obrazını canlandıran Şara Türesel isə illər sonra son görüntüsü ilə sosial şəbəkələrdə böyük maraq doğurub.
Sfera.az xəbər verir ki, uşaq yaşlarında canlandırdığı Buket obrazı ilə tanınan Şara Türesel zamanla həm görünüşü, həm də həyat tərzi ilə diqqətçəkən dəyişikliklər edib. Aktrisalıq fəaliyyətindən sonra təhsilinə üstünlük verən Türesel radio, televiziya və kino ixtisası üzrə ali təhsil alıb və media sahəsində fəaliyyət göstərib.
Bir müddət musiqi ilə də məşğul olan keçmiş aktrisa müxtəlif müsabiqə proqramlarında səhnəyə çıxaraq bacarığını nümayiş etdirib.
Məlumata görə, Şara Türesel artıq uzun müddətdir ki, Türkiyədən kənarda yaşayır. O, hazırda ABŞ-ın California ştatının San Diego şəhərində məskunlaşıb.
Uzun saçları və yenilənmiş üslubu ilə paylaşdığı son fotolar izləyicilərini təəccübləndirib. Sosial şəbəkə istifadəçiləri onun illər ərzində keçirdiyi dəyişimi geniş müzakirə ediblər.
Digər tərəfdən, Şara Türeselin uzun müddətdir ailə həyatı qurduğu da məlum olub. Onun yeni həyatı və son görüntüsü sosial mediada nostalji mövzular arasında ən çox danışılan paylaşımlardan birinə çevrilib.
Mənsumə



