"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu

"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu
Kateqoriya məlum deyil
T

Bir vaxtlar televiziya ekranlarının sevilən simalarından olan amerikalı aktrisa Marcy Walkerin səhhətində ciddi problemlərin olduğu bildirilib.

Sfera.az xəbər verir ki, aktrisanın dostları onun müalicə və gündəlik xərclərinə dəstək olmaq məqsədilə ianə kampaniyası başladıblar.

Məlumata görə, Walker hazırda davam edən və təcili maliyyə dəstəyi tələb edən sağlamlıq problemi ilə mübarizə aparır. Onun dəqiq diaqnozu açıqlanmasa da, yaxınları vəziyyətinin ciddi olduğunu bildirirlər.

Aktrisanın dostları Melissa Braverman və Johanna Humphries tərəfindən yaradılan kampaniyada qeyd olunur ki, Marcy Walker illər boyu həm televiziya karyerası, həm də ictimai fəaliyyəti ilə insanlara dəstək olub, indi isə onun özünün köməyə ehtiyacı var.

Məsələ ilk dəfə may ayında aktrisanın keçmiş həmkarı A. Martinez tərəfindən gündəmə gətirilib. O, Walkerin xəstə olduğunu və sağalmaq üçün mübarizə apardığını açıqlayıb.

Bu məqsədlə keçmiş serial ulduzlarının iştirakı ilə xüsusi canlı yayım təşkil olunub. Tədbirdən əldə edilən gəlirin aktrisanın müalicə və digər xərclərinə yönəldildiyi bildirilib. \\milli.az

PAYLAŞ