"Ürəyin gedir dəqiqəbaşı özünü kəsdirib-doğramağa..." - Seda Sayan-Gülben qalmaqalı

Türkiyənin tanınmış müğənniləri Seda Sayan və Gülben Ergen arasında söz savaşı yaşanıb.
Sfera.az xəbər verir ki, müzakirələrə səbəb olan hadisə Seda Sayanın qatıldığı televiziya proqramlarından birində həmkarı haqqında səsləndirdiyi fikirlərdən sonra başlayıb. Müğənni zarafatla Gülben Ergeni "xəsis" adlandıraraq, ona hədiyyələr aldığını, lakin qarşılığında eyni münasibəti görmədiyini bildirib.
Bu açıqlama sosial şəbəkələrdə geniş yayılıb və qısa zamanda gündəmə çevrilib. Gülbən Ergen isə səsləndirilən iddialara cavabsız qalmayıb.
Müğənni Seda Sayanın dediklərinin həqiqəti əks etdirmədiyini vurğulayaraq, onun fikirlərinə etiraz edib. Gülben həmçinin ənənəvi qulluq üsullarına üstünlük verdiyini qeyd edib və bu mövzuda həmkarına ironik cavab verib:
"Seda Sayan yalan deyir. Nə alıb ki? 19 il əvvəl Atlas dünyaya gələndə qızıl gətirib. Bəs nə oldu? Davamlı mənə nəsə a'lmısan? Sabah ona ilbizli maska verəcəyəm, dərisinə düşməyəcək, reaksiya verəcək. Özü də nə vaxtdan sən ənənəvi tibbə maraq sa'lmısan? Ürəyin gedir özünü kəsdirib-doğramağa. Mən əməliyyatlara maraqlı olmadığım üçün ənənəvi üsullardan istifadə edirəm. Sən isə dəqiqəbaşı özünü kə'sdirirsən. Yalandır?".
İki məşhur sənətçi arasında yaşanan bu söz dueli sosial media istifadəçilərinin də diqqətini çəkib. Tərəflərin açıqlamaları minlərlə şərh və reaksiyaya səbəb olaraq geniş müzakirələr yaradıb. \\milli.az
