Narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi - FOTO

Ötən gün açıqlanan test nəticələrinə görə müğənni Kenan Doğulunun narkotik istifadəçisi olduğu bildirilib.
Sfera.az xəbər verir ki, ifaçı bununla bağlı paylaşım edib.
"Bu gün adımın həqiqəti əks etdirməyən bəzi iddialarla bağlı hallandığını görmək məni çox kədərləndirdi. Davam edən istintaqın bir hissəsi olaraq, prokurorluğa verdiyim ifadədən və Məhkəmə Tibbi Ekspertiza İnstitutunun müayinələrindən sonra, həmin gecə öz xahişimlə Səhiyyə Nazirliyinin təsdiq etdiyi laboratoriyada sidik, qan və saç analizlərindən keçdim. Bildirmək istəyirəm ki, bu analizlərin ilkin nəticəsi, sidik analizi, gözlənildiyi kimi, mənfi çıxdı və qan və saç analizlərinin də eyni nəticələri verəcəyinə şübhəm yoxdur.
Ədalətə tam inanıram. Bu prosesin ən qısa müddətdə aydınlaşdırılacağına və həqiqətin üzə çıxacağına ürəkdən əminəm" deyə, Kenan yazıb.
Qeyd edək ki, son narkotik əməliyyatında 23 məşhur saxlanılmışdı.\\AXSAM.AZ

