Kıvanç Tatlıtuğdan diqqətçəkən zarafat

Kıvanç Tatlıtuğdan diqqətçəkən zarafat
Kateqoriya məlum deyil
T

“Aşk-ı Memnu”, “Gümüş”, “Kurt Seyit ve Şura” və “Kuzey Güney” kimi məşhur seriallarla tanınan Kıvanç Tatlıtuğ sosial mediada yeni paylaşımı ilə diqqət çəkib.

Sfera.az xəbər verir ki, məşhur aktyor motosiklet və avtomobil bacarıqları ilə tanınan Kenan Sofuoğlunun 7 yaşlı oğlu Zayn Sofuoğlu ilə görüşüb. Görüş zamanı maraqlı və əyləncəli anlar yaşanıb.

Tatlıtuğ avtomobilin içində olarkən Zaynın sürücülük tərzinə zarafatla reaksiya verərək “Zayn, xahiş edirəm mənə rəhm et” deyib. Bu görüntülər qısa zamanda sosial şəbəkələrdə böyük maraq doğurub.

Zayn Sofuoğlu həmin anları şəxsi sosial media hesabında izləyiciləri ilə bölüşüb. Kıvanç Tatlıtuğ isə paylaşımın şərh bölümündə “Məşhur Zeynim” yazaraq reaksiyasını bildirib.

Qısa müddətdə viral olan görüntülər sosial mediada geniş yayılıb və istifadəçilər tərəfindən böyük maraqla qarşılanıb.

Mənsumə

Sfera.az

PAYLAŞ