Ebru Gündeşin yeni görüntüsü müzakirə edildi - FOTO
Kateqoriya məlum deyil
T
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş son görünüşü ilə yenidən gündəmə gəlib.
51 yaşlı sənətçinin üz gərmə əməliyyatından sonra paylaşdığı fotolar sosial şəbəkələrdə böyük maraq doğurub.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni daha əvvəl konsertlərinin birində üz gərmə əməliyyatı etdiyini bildirib. İddialara görə, sənətçi bu prosedur üçün təxminən 10 milyon lirə xərcləyib. Əməliyyatdan sonra yeni görüntüsünü paylaşan Gündeş fotonun altına “Poz vermək bizim işimizdir” qeydini yazıb.
Onun yeni görünüşü sosial mediada müzakirələrə səbəb olub. İzləyicilər arasında onun üz gərmə əməliyyatı yox, üz dəyişmə etdirdiyini bildirənlər də var.
Bəsti Rəfizadə
Sfera.az
