Serdar Ortaçdan üzücü xəbər

Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç ilə bağlı pərəstişkarlarını kədərləndirən xəbər yayılıb. Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan sənətçinin səhhətində son vaxtlar yaranan problemlər səbəbindən xəstəxanada intensiv müalicəyə cəlb olunduğu bildirilib.
Sfera.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Serdar Ortaç son illərin ən ciddi xəstəlik tutmalarından birini keçirib. Bu səbəbdən o, təxminən 15 gündür həkim nəzarəti altında müalicə alır.
Məlumata əsasən, sənətçinin müalicə prosesi davam etdiyi üçün nəzərdə tutulan bütün konsertləri təxirə salınıb. Həkimlər tərəfindən tətbiq olunan intensiv müalicə proqramının müsbət nəticə verdiyi qeyd olunur.
Bildirilir ki, Serdar Ortaç bazar ertəsi son serum müalicəsini qəbul edəcək. Hazırda onun səhhətinin yaxşılaşdığı, lakin bir müddət daha həkimlərin uzaqdan nəzarəti altında qalacağı vurğulanıb.
Mənsumə
