Bəhram Xalq artistini təbrik etdi

Bəhram Xalq artistini təbrik etdi
Kateqoriya məlum deyil
T

"Bu gün Azərbaycanın ən parlaq və sevilən aktrisalarından biri Leyla Şıxlinskayanın doğum günüdür".

Sfera.az bildirir ki, bunu "Facebook" hesabında Əməkdr artist Bəhram Bağırzadə yazıb.

O qeyd edib: "İstedadlı aktrisa, zərif xanım, yüksək mədəniyyət və ziyalılıq nümunəsi olan Leyla xanım uzun illərdir ki, yaratdığı unudulmaz obrazlarla tamaşaçıların qəlbində xüsusi yer tutur. Onun sənətkarlığı, gözəlliyi, intellekti və cazibəsi bir neçə nəslin sevgisini qazanıb.

Leyla xanımı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, xoşbəxtlik, ailə səadəti, ruh yüksəkliyi və yeni yaradıcılıq uğurları arzulayıram. Qoy həyatınız sevinc, sevgi və gözəl insanlarla əhatə olunsun, tamaşaçı məhəbbəti isə sizi daim müşayiət etsin.

Ad gününüz mübarək, əziz Leyla xanım! Həyatınız yaratdığınız obrazlar qədər parlaq, zəngin və yaddaqalan olsun!"

PAYLAŞ