Müğənnidən Ağ Evə sərt REAKSİYA

Müğənnidən Ağ Evə sərt REAKSİYA
Kateqoriya məlum deyil
T

Amerikalı müğənni Ariana Qrande Tramp administrasiyasından onun musiqisinin immiqrasiya əleyhinə siyasətlə bağlı materiallarda istifadəsinin dayandırılmasını tələb edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

 

Məlumata görə, qalmaqala səbəb Ağ Ev tərəfindən TikTok-da yayımlanan video olub. Həmin videoda ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşları qanunsuz miqrantların saxlanılması əməliyyatlarını həyata keçirir. Videoda fon musiqisi kimi Ariana Qrandenin 2024-cü ildə yayımlanan “Bye” mahnısından istifadə olunub.

 

Müğənni videonun altında etdiyi şərhdə bildirib:


“Zəhmət olmasa, heç vaxt mənim musiqimi bu vəhşi, qeyri-insani, iyrənc cəfəngiyyatla əlaqələndirməyin.”

 

"Reuters"in məlumatına görə, Tramp 10 iyun tarixində İmmiqrasiya və Gömrük Xidməti ilə Sərhəd Patrulunun maliyyələşdirilməsi üçün 70 milyard dollarlıq qanun layihəsini imzalayıb. Daha əvvəl büdcə ilə bağlı razılaşma əldə olunmadığı üçün bu qurumların maliyyələşməsi müvəqqəti dayandırılmışdı.

 

Qeyd edək ki, sərt miqrasiya siyasəti və əməliyyatlarla bağlı yaranan mübahisələr fonunda bu xidmətlərin büdcəsi uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmışdı.

 

İnci

Sfera.az

PAYLAŞ