Aygün Kazımova "Məclis" qurub, rep oxudu - VİDEO

Aygün Kazımova "Məclis" qurub, rep oxudu - VİDEO
Kateqoriya məlum deyil
T

Xalq artisti Aygün Kazımova yenidən maraqlı layihə hazırlayıb.

 

Sfera.az xəbər verir ki, pop kraliça bu dəfə də ilkə imza ataraq rep janrında mahnı oxuyub.

 

“Məclis” mahnısı üçün Kazımova klip də çəkdirib. Söz və musiqisi Abbas İsmayılova (Asoundady) məxsus olan “Məclis”in ekran həlli rejissor Delee Orucluya həvalə edilib. Layihə üçün yerli və əcnəbi komanda 2 gün çalışıb.

 

Ekran işi həm Bakı Dövlət Sirkində, həm də həmin ərəfədə Azərbaycana xaricdən gətirilən sirk pavilyonunda lentə alınıb. Klipdə yerli və xarici peşəkar sirk aktyorları - akrobatlar, janqlyorlar, kaskadyorlar və rəqqaslar çəkiliblər. Müğənni ən təhlükəli kadrlardan birində isə hündürlükdə halqadan sallanıb. Ekran işində sirk heyvanlarından da istifadə edilib. 

 

Mahnı ötən gün gecə yayımlansa da artıq, "Apple Music"də bir neçə saata rəsmi türkdilli rep pleylisti "Breaking Turkish Rap" də yer alıb.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ