Onların instaqram hesabları bloklandı

Onların instaqram hesabları bloklandı
Kateqoriya məlum deyil
T

Türkiyəli sosial media fenomenləri Dilan Polat və Engin Polat ayrılıq iddialarından sonra münasibətlərini yenidən bərpa edərək ailələri ilə birlikdə tətilə yollanıblar. Lakin cütlüyün istirahəti gözlənilməz hadisələrlə yadda qalıb.

 

Sfera.az bildirir ki, məlumata görə, Polat ailəsinin sürücüsü və cangüdəni Can Polat Çeşmədə naməlum şəxslərin hücumuna məruz qalaraq həyatını itirib.

 

Dörd nəvəsi olan Can Polatın ölümü yaxınları və ictimaiyyət arasında böyük kədər yaradıb.


Hadisənin yaratdığı səs-küy səngiməmiş Dilan Polatla bağlı daha bir diqqətçəkən qərar gündəmə gəlib. Ankara Sülh Məhkəməsinin qərarı əsasında Dilan Polatın “İnstagram” hesabına giriş məhdudlaşdırılıb.

 

Məhkəmə qərarında hesabın ailə dəyərlərinə zidd məzmunların yayılması üçün platforma rolunu oynadığı bildirilib. Qərardan sonra Meta şirkəti də hesabın bloklanması ilə bağlı tələbi icra edib.

 

Hesabın bağlanmasından sonra isə sosial şəbəkələrdə Dilan Polatın bəzi maqazin və dedi-qodu səhifələrinə göndərdiyi iddia olunan vida mesajı müzakirələrə səbəb olub. İddialara görə, həmin mesajda o, bunları yazıb:

 

“Hər kəsi çox sevirəm. Taleyim pis yazılıb. Uşaqlığımdan bəri… Heç bir gözləntim qalmayıb. Mənim üçün heç bir problem yoxdur, hesab və ya başqa bir şey məni maraqlandırmır. Sadəcə xoşbəxt olmaq istəyirdim, amma bu baş vermədi. Kaş hamı çox xoşbəxt olsun, mən ola bilməsəm”.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ