"Taşacak bu deniz"in ulduzu nişanlısına xəyanət edibmiş - VİDEO

"Taşacak bu deniz"in ulduzu nişanlısına xəyanət edibmiş - VİDEO
Kateqoriya məlum deyil
T

"TRT 1"in məşhur "Taşacak bu deniz" serialında "Gökhan" obrazını canlandıran Ali Önerin eks-nişanlısı Livanur Aydın haqlarında çıxan xəbərlərə münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Livanur aktyor tərəfindən xəyanətə uğraması ilə bağlı yayılan iddiaları təsdiqləyib:

 

"Uzun bir münasibətin və nişanın atılmasından aylar keçib. Bu müddət ərzində heç bir açıqlama verməməyi seçdim. Lakin zaman keçməsinə baxmayaraq, hələ də bu məsələ ilə bağlı çoxlu mesajlar alıram. Adımın hələ də xəbərlərdə, sosial media paylaşımlarında və şərhlərdə bu məsələ ilə bağlı hallanmasından narahatam və buna görə də qısa bir açıqlama vermək istədim.

 

Bəzən həyatda insanların seçimləri, hərəkətləri və münasibətləri deyilə biləcək bütün sözləri kölgədə qoyur. İndi əmin olduğunuz şübhələr təəssüf ki, lap əvvəldən mənim reallığım idi. Buna görə də, baş verənlər haqqında çox danışmağa ehtiyac yoxdur, hər şey onsuz da lazım olduğu qədər aydın və başa düşüləndir.

 

Lakin keçmişə qayıdıb nəyisə danışmaq və ya müzakirə etmək niyyətim yoxdur. Bu gün olduğum yerdə dinc şəkildə öz həyatıma və məqsədlərimə diqqətimi cəmləyərək davam edirəm.

 

Arzum budur ki, aylar əvvəl başa çatan bu məsələ mənim üçün də bağlansın və adım artıq bu hadisələrlə hallanmasın. Həyat davam edir və mən irəli baxmağa və enerjimi keçmişə deyil, gələcəyə həsr etməyə üstünlük verirəm".

 

Qeyd edək ki, Türkiyənin ən yaxşı modeli titulu ilə də tanınan Öner 2024-cü ilin avqustunda ailə üzvləri arasında sadə bir mərasimlə Livanurla nişanlanmışdı. Daha sonra aktyorun rol aldığı serialdakı aktrisa Zeynep Atılqanla nişanlısına xəyanət etdiyi iddia edilib. Cütlük ötən ilin sonu ayrılıb. Aktrisanın "Taşacak bu deniz" serialındakı tərəf müqabili Erdem Şanlı ilə sevgili olduğu da deyilib. Lakin ötən gün Önerle Atılqanın səmimi görüntülərinin yayılması xəyanət iddialarının təsdiqi kimi qəbul edilib.axsam.az

PAYLAŞ