İbrahim Tatlısəsin son halı

İbrahim Tatlısəsin son halı
Kateqoriya məlum deyil
T

Türk musiqisinin əfsanəvi sənətkarı İbrahim Tatlısəsin son fotoşəkili sosial mediada böyük diqqət çəkib. Uzun müddətdir sağlamlıq problemləri ilə mübarizə aparan “İmperator” ləqəbli müğənninin xeyli arıqlaması və yorğun görünüşü izləyicilərin narahatlığına səbəb olub.


Sfera.az xəbər verir ki, bir müddət əvvəl sağlamlıq vəziyyətinə görə xəstəxanada müalicə alan Tatlısəsin şəkli həkim nəzarəti altında çəkilib.

 

Pərəstişkarları onun illərdir boyadığı saçlarının ağardığını və üzündə yorğunluq əlamətlərinin göründüyünü qeyd ediblər. Sosial şəbəkələrdə “Saçları solub, çox arıqlayıb” kimi şərhlər geniş yayılıb.


Müğənninin həm uşaqları, həm də sağlamlıq vəziyyəti ilə bağlı xəbərləri daim gündəmdə qalır. Son paylaşım isə izləyiciləri bir daha onun sağlamlıq durumuna dair düşünməyə vadar edib. Göründüyü kimi, İbrahim Tatlısəsin son görünüşü onun həm musiqi karyerasının, həm də şəxsi həyatının pərəstişkarlar tərəfindən diqqətlə izlənildiyini bir daha göstərir.

 

Mənsumə
Sfera.az

PAYLAŞ