Xalq artisti: “Musiqimizin səviyyəsini aşağı salırlar”

Xalq artisti: "Musiqimizin səviyyəsini aşağı salırlar"
Kateqoriya məlum deyil
T

"Bu gün musiqimizin dəyərini çox aşağı salırıar. Mən bununla razılaşa bilmirəm".

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Nəzakət Teymurova deyib.

 

"İncə səhər" verilişində qonaq olan sənətkar tələbələrinə verdiyi məsləhəti açıqlayıb:

 

"Bu gün bəzi ifaçlıar çalışırlar ki, musiqimizin səviyyəsini aşağı salsınlar. Buna nə televiziyaların, nə də başqa heç kəsin ixtiyarı yoxdur. Mən razılaşa bilmərəm ki, Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev kimi insanların dünyaya tanıtdığı musiqimizi kimsə gəlsin bayağılaşdırsın. Ucuz və səviyyəsiz söhbətlərin efirdə danışılması yolverilməzdir. Tələbələrimə də aşılayıram ki, bu sənətdə ustadların qoyduğu yolu davam etdirmək lazımdır".azxeber.com

PAYLAŞ