"Beyons, Rihanna kökəlir, mən isə özümü öldürürəm"

"Beyons, Rihanna kökəlir, mən isə özümü öldürürəm"
Kateqoriya məlum deyil
T

Müğənni Xatun Əliyeva "Xəzər axşamı" proqramında çəkisi və qidalanma vərdişləri barədə danışıb.

Sfera.az xəbər verir ki, hazırda 59 kiloqram olan ifaçı daha 4 kiloqram çəki atmaq istədiyini deyib:

 

"İndi 59 kiloqramam, istəyirəm 55 kiloqrama düşüm. Amma deyirlər, bəsdir, çox arıqlayırsan".

 

Sənətçi daha sonra dünya ulduzlarının da bəzən çəkidə dəyişiklik etdiyini vurğulayıb:

 

"Met Gala"ya baxdım, gördüm Beyons, Rihanna kökəlib. Dedim ki, onlar kökəlir, mən niyə özümü öldürürəm? Bu gözəl təamlardan yemirəm”.\axsam.az

PAYLAŞ