Bir zamanların məşhur modeli indi səfildir - FOTO

Bir zamanların məşhur modeli indi səfildir - FOTO
Kateqoriya məlum deyil
T

2000-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayan və 1,6 milyon dollar sərvəti ilə gündəmə gələn keçmiş model Uilsonun həyatı dramatik şəkildə dəyişib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bir zamanlar məşhur jurnalların üz qabığını bəzəyən model hazırda Los Anceles küçələrində yaşamaq uğrunda mübarizə aparır. 1983-cü il təvəllüdlü Uilson şöhrətinin zirvəsində olarkən “Baywatch” serialının ulduzu Cemeri Cekson ilə ailə qurmuşdu. Lakin cütlüyün 2014-cü ildə qalmaqallı boşanmasından sonra modelin həyatında çətin günlər başlayıb.

 

Məlumata görə, boşanmadan sonra yaşadığı psixoloji problemlər, paranoya və hallüsinasiyalar onu narkotik asılılığına sürükləyib. Xüsusilə metamfetamin istifadəsi həm görünüşünə, həm də həyat şəraitinə ağır təsir göstərib. Uilson 2016-cı ildə işini, evini və bütün yığımlarını itirib. 2018-ci ildən etibarən isə Los Anceles küçələrində yaşadığı bildirilir. Bir vaxtlar əyləncə dünyasının tanınmış simalarından biri olan modelin indi alış-veriş arabası ilə zibil qutularında yemək axtardığı, cəmiyyətdən uzaq həyat sürdüyü qeyd olunur. Onun yardım təkliflərini də qəbul etmədiyi bildirilir.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ