Məşhur şoumenin anası vəfat etdi

Məşhur şoumenin anası vəfat etdi
Kateqoriya məlum deyil
T

Türkiyə televiziyasının tanınmış siması Mehmet Ali Erbil ağır itki ilə üzləşib.

 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, məşhur şoumenin anası Yurdagül Eken 84 yaşında vəfat edib. Məlumata görə, Yurdagül Eken bir müddət əvvəl omba sümüyünü sındırıb və müalicə alırdı. Onun yaşla bağlı sağlamlıq problemləri səbəbindən dünyasını dəyişdiyi bildirilib. Anasına olan bağlılığı ilə tanınan Mehmet Ali Erbilin bu itkidən dərin sarsıntı keçirdiyi qeyd olunub. Şoumenin yaxın dostları və sənət aləmindən olan tanınmış şəxslər sosial şəbəkələrdə başsağlığı mesajları paylaşaraq ona dəstək olduqlarını bildiriblər.

 

Xatırladaq ki, Mehmet Ali Erbil daha əvvəlki açıqlamalarında anasının həyatında xüsusi yer tutduğunu vurğulamış, ailəsinə olan bağlılığı ilə tez-tez gündəmə gəlmişdi.

 

Fidan Hacızadə

Sfera.az

 
PAYLAŞ