Elza Seyidcahandan maraqlı iddia: "Oğlum oxusaydı..."

Kateqoriya məlum deyil
T
"Oğlum oxusaydı, indi Xalq artisti idi".
Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan bu gün "İbo şou"da deyib.
O bildirib ki, istedad sonradan övladlarda da üzə çıxır:
"Mənim oğlum da çox istedadlıdır, sadəcə çox utancaqdır. Oğlumun çox gözəl səsi var, evdə arada mırıldanır. Deyirəm, çıx oxu, deyir, oxuyacam, hələ də utanır. Rybak çıxmamışdan dedim ki, sən çıx skripka ilə. Sözümü eşitmədi sonra Rybak çıxdı. Oğlum səhnəyə çıxsaydı, indi Xalq artisti idi. Nə qədər adam məndən istifadə edib Əməkdar artist, Xalq artisti adları alıb".
Firuzə Əliyeva
Sfera.az
