“Eşref Rüya”da duyğusal anlar - FOTO

"Eşref Rüya"da duyğusal anlar - FOTO
Kateqoriya məlum deyil
T

Məşhur aktrisa Demet Özdemir “Eşref Rüya” serialının ötən gecəki bölümündə Ebru Gündeşin məşhur “Söyleyin” mahnısını ifa edib. Özdemirin bu duyğusal ifası sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və izləyicilər tərəfindən bəyənilib.


Sfera.az xəbər verir ki, Ebru Gündeş Demet Özdemirin ifasına heyran olduğunu sosial media hesabında bildirib. Gündeş, Özdemirin ifasını belə şərh edib:


“Sən oxudun, biz də gözlərimiz yaşlı izlədik”.


Çağatay Ulusoy və Demet Özdemirin baş rollarda olduğu “Eşref Rüya”nın 37-ci bölümündə duyğulu anlar yaşanıb. Bölümdə Eşrefin illərdir axtardığı Rüyanın əslində Nisan olduğunu öyrəndiyi epizod izləyicilər üzərində dərin təsir yaradıb.


Ebru Gündeşin “Söyleyin” mahnısı ilə bağlı etdiyi şərh Özdemirin ifasının nə qədər uğurlu olduğunu bir daha göstərib. Gündeşin paylaşımında Özdemirin ifasına olan emosional reaksiyası da açıq şəkildə ifadə olunub.


Mənsumə
Sfera.az

 

PAYLAŞ