Cansel Ayanoğlu bu görüntüyə görə əsəbiləşdi - FOTO

Cansel Ayanoğlu bu görüntüyə görə əsəbiləşdi - FOTO
Kateqoriya məlum deyil
T

Türkiyənin məşhur realiti şousu “Kısmetse Olur, Sevginin Gücü” ilə tanınan Cansel Ayanoğlu və pop müğənni Serdar Ortaç yenidən gündəmə gəlib.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan və illər əvvəl çəkildiyi bildirilən fotolar onların münasibətdə olduğu iddialarını yenidən aktuallaşdırıb.

 

Həmin görüntülərdə Serdar Ortaçın Cansel Ayanoğluna yaxın davranması, çiyninə başını qoyması və əllərini öpməsi diqqət çəkib.


Yaranan şayiələrdən sonra Cansel Ayanoğlu məsələyə münasibət bildirərək sərt reaksiya verib. O qeyd edib ki, fotolar köhnədir və bu mövzu ilə bağlı daha əvvəl açıqlama verib:


“Siz onları təkrar-təkrar paylaşır və qarşımıza qoyursunuz. O vaxtdan neçə il keçib? Mən artıq bunun doğru olmadığını izah etmişdim”.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ