Suriyalı Almaniyanın gözəllik kraliçası oldu

Almaniyada keçirilən "Miss Almaniya 2026" gözəllik müsabiqəsinin qalibinın adı açıqlanıb.
Sfera.az xəbər verir ki, Suriyanın Qamışlı şəhərində anadan olan kürd əsilli 26 yaşlı nüfuzlu şəxs Dua Faris 7 martda Münhendə keçirilən finalda təxminən 2600 iştirakçı arasında birinci olub.
Sosial mediada "Rouz Mondi" kimi tanınan Faris gənc yaşlarında Almaniyaya köçüb. Bu gün “Twitch” və digər sosial media platformalarında yüz minlərlə izləyicisi olan Faris yarışmadakı uğurunu izləyiciləri ilə bölüşüb. Uğurunu "Hər şey bir xəyalla başladı" sözləri ilə elan edən Faris, "Miss Almaniya" seçiləcəyini gözləmədiyini bildirib.
Müsabiqə zamanı onun haqqında deyilən şərhlərə toxunan Faris dedi:
"Hamı mənə deyirdi ki, o , alman deyil, o, Almaniya gözəli ola bilməz, o, gözəl deyil. Amma sonda mən Almaniya gözəli seçildim. İndi heç kim heç nə deyə bilməz".
Faris müsabiqədə iştirak etməkdə məqsədinin yalnız gözəlliklə bağlı olmadığını vurğulayaraq, xüsusilə qadınlar və uşaqlar üçün sosial maarifləndirməni artırmaq istədiyini bildirdi. O, məqsədinin onlar üçün nümunə olmaq və səslərini eşitdirmək olduğunu söylədi. Yeni sistemlə gözəllik müsabiqəsində ənənəvi tac sisteminin ləğv edildiyini qeyd edən Faris, üzərində "Miss Almaniya" yazısı olan rəsmi qırmızı kəmərini göstərərək dedi:
"Tac sistemi artıq yoxdur".
Firuzə Əliyeva
Sfera.az


