“Pul yox, hörmət qazandıq” - Nebahat Çehrə

"Pul yox, hörmət qazandıq" - Nebahat Çehrə
Kateqoriya məlum deyil
T

Türk kinosunun məşhur aktirisası olan Nebahat Çehrə keçmişin və bu günün aktyor həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

 
Sfera.az
xəbər verir ki, Yeşilçamın unudulmaz adlarından biri olan Çehrə kino sənayesindəki dəyişikliklərə və o dövrün çətinliklərinə toxunub.

 

Nebahat Çehrə o dövrün çətinliklərindən bəhs edərək, makiyajın nə olduğunu bilmədiklərini deyib:

 

"O dövr ən çirkin halımız idi. Hətta necə aktyorluq edəcəyimizi belə bilmirdik”.

 

Aktrisa, o zamanların daha sadə və sərt şəraitində sənətini icra etdiyini bildirib.


Çehrə indiki dövrün şanslı aktyorlarına da mesaj verib.

 

“İndi Hollivud səviyyəsində əsərlər var. Onlar bunu qiymətləndirməlidirlər. Pul əvəzinə ad və hörmət qazandıq. Şöhrət gəlir və gedir amma bu, daimidir”, – deyə aktrisa o dövrün qazandığı hörməti və şöhrətin əhəmiyyətini vurğulayıb.


Nebahat Çehrənin açıqlamaları o dövrün ağır şəraitinə baxmayaraq, sənətə olan bağlılığını və zamanla qazandığı hörməti ön plana çıxarıb. Çehrə həm də gənc aktyorlara sənətə olan sevginin və hörmətin puldan daha vacib olduğunu xatırladıb.

 

Mənsumə
Sfera.az

 

PAYLAŞ