Yeni görüntüsü ilə diqqət çəkdi

Məşhur müğənni və televiziya aparıcısı Seda Sayan sosial mediada paylaşdığı fotoşəkili ilə yenidən diqqətləri üzərinə toplayıb.
Sfera.az xəbər verir ki, gənc qalmaq üçün müxtəlif kosmetik prosedurlardan istifadə edən müğənni bu dəfə görünüşündəki dəyişikliklərlə müzakirə mövzusuna çevrilib. Gözəllik və gənclik adına bir çox kosmetik müalicələrə və prosedurlara müraciət etməklə tanıan müğənninin paylaşdığı fotoda xüsusilə üzündəki dəyişikliklər sosial şəbəkədə böyük maraq doğurub. Fotoşəkildəki dəyişikliklər izləyicilərinin diqqətini çəkib və bəziləri onun filtrlərdən istifadə etdiyini, bəziləri isə kosmetik əməliyyat keçirdiyini iddia ediblər.
Məşhur müğənniyə gələn şərhlər arasında ən çox yer alanlardan biri, “Ajda Pekkan oldun” şərhi olub. İzləyicilər Seda Sayanın üzündəki gənc və parlaq görünüşü ilə müqayisə edərək onu türk pop musiqisinin divası Ajda Pekkanla əlaqələndiriblər. Digər izləyicilər isə “Başqa bir əməliyyat?” kimi şərhlərlə onun kosmetik əməliyyatlarına olan marağını gündəmə gətiriblər.
Üz qaldırma və kosmetik əməliyyatlar Seda Sayan illərdir ki, üz qaldırma əməliyyatları, dəri müalicələri və digər kosmetik prosedurlarla tez-tez adından söz etdirir. Hər zaman gənc görünüşü ilə diqqət çəkən müğənni kosmetik dəyişikliklərindən heç vaxt gizlənməyib və bu mövzuda açıq danışmaqdan çəkinmir.
Mənsumə
Sfera.az
