Vəfa Zeynalova küsülü olduğu müğənnidən danışdı : "Bir məclisdə..."

Vəfa Zeynalova küsülü olduğu müğənnidən danışdı : "Bir məclisdə..."
Kateqoriya məlum deyil
T

Əməkdar artist Vəfa Zeynalova “Maşın şou”da qalmaqal yaşadığı müğənni Xumar Qədimova ilə münasibətlərindən danışıb.

 

Sfera.az xəbər verir ki, sənətçi bu barədə “Pərvizə görə” verilişində açıqlama verib. O, aparıcı Pərviz Hüseynin “Xumar xanımla münasibətlərinizi düzəltmisiniz?” sualına cavab olaraq bildirib ki, indiyədək onunla qarşılaşmayıb:

 

“Orada təkcə Xumar Qədimova yox, Aygün Kazımova və Lalə Məmmədova da var idi. Əslində problem əvvəlcədən yox idi, sadəcə oyun elə gedirdi ki… Mənim ən pis xüsusiyyətlərimdən biri tez əsəbiləşməyimdir, bu xasiyyətimi özüm də sevmirəm. Orada da əsəbə toxunan məqamlar çox idi. Biz hər şeyi əvvəlcədən danışırdıq ki, düzgün oynayaq, amma nəticədə başqa cür olurdu. Bu isə söz atmalara, mübahisələrə səbəb olurdu. Sonradan başa düşdüm ki, əslində bu, şounun bir hissəsi imiş. Deməli, layihə maraqlı olsun deyə belə şərait yaradırdılar. Amma həmin an insan bunu düşünə bilmir. Fikirləşirsən ki, əgər əvvəlcədən danışmışıqsa, niyə başqa cür davranılır? Xumar xanımla indiyədək rastlaşmamışıq, üz-üzə gəlməmişik ki, danışaq. Mən olan məclislərdə o xanım olmayıb, o olan məclislərdə də mən olmamışam”.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ