Kıvanç Tatlıtuğ imicini dəyişdi - FOTO

Məşhur türk aktyoru Kıvanç Tatlıtuğ yeni görünüşü ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, aktyorun həyat yoldaşı və stil məsləhətçisi Başak Dizer sosial media hesabında Kıvanç Tatlıtuğun sarı saçlarla çəkilmiş yeni fotosunu paylaşıb.
Paylaşım qısa müddətdə sosial mediada trendə çevrilib.
Xatırladaq ki, Kıvanç Tatlıtuğ və Başak Dizer 19 fevral 2016-cı ildə Parisdə evləniblər. Bu evlilikdən onların Kurt Efe adlı oğlu dünyaya gəlib.
Sosial mediada yayılan paylaşımda Dizerin “Pişt, sən aktyorsan? Qeyd: Bunu evdə sınama” ifadəsi izləyicilərin marağına səbəb olub. Bununla yanaşı, aktyorun yeni görünüşündə arıqlaması da diqqət çəkib.
Qeyd edək ki, paylaşılan şəkillər izləyicilər arasında müzakirələrə səbəb olub və çoxsaylı reaksiyalar toplayıb.
Mənsumə
Sfera.az




