Məşhur modelyer Dubayda başına gələnlərdən danışdı: "Dua edək..."

Məşhur modelyer Dubayda başına gələnlərdən danışdı: "Dua edək..."
Kateqoriya məlum deyil
T

Türkiyəli modelyer və televiziya siması İvana Sert Dubay səfəri zamanı gözlənilməz vəziyyətlə üzləşib.

 

Sfera.az xəbər verir ki, oğlu Ateşlə birlikdə Dubayda olan məşhur modelyer Türkiyəyə qayıtmaq üçün hava limanına yollansa da, son anda baş verən hadisələr səbəbindən uçuşu baş tutmayıb. Modelyer sosial media hesabında paylaşdığı video vasitəsilə yaşananları izləyiciləri ilə bölüşüb. İvana Sert bildirib ki, Türkiyəyə qayıtmaq üçün təyyarəyə minsələr də, qısa müddət sonra hava limanı yaxınlığında partlayış səsləri eşidilib.

 

Bu səbəbdən təhlükəsizlik tədbirləri gücləndirilib və uçuşlar müvəqqəti olaraq dayandırılıb:

 

“Hazırda Dubay hava limanındayıq. Təxminən 20 dəqiqə əvvəl güclü partlayış səsi eşitdik. Dərhal müdaxilə edildi. İnşallah, bu gün uçuş olacaq, dua edək. Təəssüf ki, təyyarədən enməli olduq. Uçmaq təhlükəsiz hesab edilmədi”, – deyə o bildirib.

 

Modelyer əlavə edib ki, hadisə zamanı ümumilikdə üç partlayış səsi eşidilib. Onun sözlərinə görə, partlayışdan sonra raket qalıqlarının bir hissəsi uçuş-enmə zolağına düşüb. Bu səbəbdən təyyarənin qalxmasına icazə verilməyib və sərnişinlər təyyarədən endirilib.

 

İvana Sert paylaşımında onu da qeyd edib ki, hava limanında böyük izdiham yaşanır və bir çox sərnişin uçuşların bərpa olunmasını gözləyir. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları hadisəyə müdaxilə etdikdən sonra vəziyyət nəzarət altına alınmağa çalışılır.

 

Qeyd edək ki, İranın İsrail və ABŞ-ın birgə əməliyyatına cavab olaraq Körfəz ölkələrinə raket hücumları həyata keçirdiyi bildirilir. Hücumlardan birinin çox sayda Türkiyə vətəndaşının qaldığı “Fairmont The Palm” otelinin ətrafına düşdüyü iddia olunur. Baş verən hadisələr səbəbindən bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və bəzi uçuşların müvəqqəti dayandırıldığı bildirilib.

 

Mənsumə

Sfera.az

PAYLAŞ