Burcu Günəş Demet Akalın barədə: "Onu özümlə bir tutmuram"

Burcu Günəş Demet Akalın barədə: "Onu özümlə bir tutmuram"
Kateqoriya məlum deyil
T

Türk pop müğənnisi Burcu Günəş, bir tədbirdə verdiyi müsahibədə həmkarı Demet Akalın haqqında sərt fikirlərini bildirib.

 

Onun sözlərinə görə, Akalın nə sənət, nə iş, nə də tərz baxımından özünə yaxın bir fiqur deyil. Günəş Akalının həm sənət, həm də keyfiyyət sahəsində özü ilə müqayisə etmədiyini və onunla rəqabət apara biləcək səviyyədə olmadığını qeyd edib.

 

Sfera.az xəbər verir ki, 50 yaşlı müğənni, jurnalistlərə verdiyi açıqlamada, Akalını sənət və keyfiyyət baxımından özü ilə müqayisə etmədiyini bildirib: “

 

Onu nə sənət, nə də iş baxımından özümə yaxın görürəm. Tərz və keyfiyyət baxımından da mənə yaxın olmadığını düşünürəm. Mənimlə rəqabət edəcək səviyyədə olduğunu da düşünmürəm. Bunu siz də yaxşı bilirsiniz”.

 

Günəş, sosial şəbəkədə etdiyi izahda isə bu ifadələrin yalnız bir şəxsə hədəf olmadığını və daha geniş mövzuları əhatə etdiyini vurğulayıb. O, sözlərinin yalnız bir nəfərə yönəldilmədiyini, müsahibənin çox geniş bir mövzu çərçivəsində olduğunu qeyd edib:

 

“Bu, sadəcə bir şəxsə hədəf deyil. Müsahibə çox uzun idi və bir çox fərqli mövzulara toxunulub. Burada rap musiqisi və digər sənət sahələri ilə bağlı müxtəlif fikirlər irəli sürülüb,”–deyə Burcu Günəş bildirib.

 

Sözügedən müsahibədə Burcu Günəş ölkə daxilindəki sosial və sənət kaosuna da diqqət çəkib. Onun fikrincə, bir çox insan öz yerini və həqiqi uğurunu sorgulamaqdan çəkinir, bu da cəmiyyətdə daha böyük qarışıqlıqlara səbəb olur. Günəş bu cür problemlərin yalnız öz sahəsində deyil, bütün sektorlarda müşahidə olunduğunu da vurğulayıb.

 

Mənsumə

Sfera.az

PAYLAŞ