İşın Karacanın son görünüşü təəccübləndirdi - FOTO

İşın Karacanın son görünüşü təəccübləndirdi - FOTO
Kateqoriya məlum deyil
T

Məşhur Türkiyəli müğənni İşın Karaca təxminən ilyarımda 130 kilodan 57 kiloya düşərək pərəstişkarlarını heyrətə gətirib. 


Sfera.az xəbər verir ki, güclü səsi ilə tanınan Karaca son görünüşünü sosial mediada paylaşaraq diqqətləri üzərinə çəkib.


Son fotolar hamını şoka salıb


Mahnıları ilə yadda qalan Karacanı tətil fotolarında incə və formada görən izləyicilər onu tanımaqda çətinlik çəkiblər. Sosial mediada paylaşdığı şəkillər qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.


Arıqlama sirri: Yemək yeməmək


Müğənni arıqlama prosesini soruşan izləyicilərinə sirrini açıqlayıb. Karaca yemək rejimini ciddi şəkildə dəyişdiyini etiraf edib və bu açıqlama sosial mediada geniş müzakirə yaradıb.


Tərəzi 57 kilo göstərir


İki həftə əvvəl Saba Tümerin verilişində qonaq olan müğənni hazırkı çəkisinin 57 kilo olduğunu, yəni ümumilikdə 73 kilo arıqladığını bildirib. Bu dəyişiklik həm pərəstişkarlarını, həm də medianı heyrətləndirib.

 

Mənsumə 
Sfera.az

 

PAYLAŞ