"Sahipsizler" serialı final etdi - FOTO

"Sahipsizler" serialı final etdi - FOTO
Kateqoriya məlum deyil
T

“Star TV”də yayımlanan və iki mövsüm ərzində izləyicilərin marağına səbəb olan "Sahipsizler" serialı başa çatıb.


Sfera.az türk mediasına istinadən xəbər verir ki, layihə ötən gecə yayımlanan 51-ci bölümü ilə ekranlara vida edib.


Serialın başa çatmasından sonra aktyor heyəti çəkiliş meydançasından paylaşımlar edərək pərəstişkarları ilə vidalaşıb. Serialda Əzizə obrazını canlandıran Hazal Subaşı sosial şəbəkə hesabında həmkarları ilə çəkilmiş fotolar paylaşaraq komanda ilə işləməkdən böyük məmnunluq duyduğunu bildirib.


Aktrisa paylaşımında “Birlikdə olduğumuz üçün çox şadam, hamınızı çox sevirəm” sözlərini yazaraq komanda yoldaşlarına təşəkkür edib.


Serialda Devran Alaz obrazını canlandıran Burak Berkay Akgül də layihə ilə bağlı duyğularını bölüşüb. O, “Sahipsizler” serialının ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür etdiyini bildirib və layihənin onun üçün xüsusi bir təcrübə olduğunu qeyd edib.


Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ