Boşansalar da, övladları üçün dost qaldılar: Türkiyəli məşhurlar

Boşansalar da, övladları üçün dost qaldılar: Türkiyəli məşhurlar
Kateqoriya məlum deyil
T

2015-ci ildə, yəni 11 il əvvəl boşanan məşhur Türkiyəli model Çağla Şikel və müğənni Emre Altuğ kiçik oğulları Uzayın 14-cü doğum gününü qeyd etmək üçün bir araya gəliblər. Keçmiş həyat yoldaşları uzun müddətdir ki, uşaqları üçün dost münasibətlərini qoruyur və xüsusi günlərdə bir araya gəlirlər.


Sfera.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, Çağla Şikel və Emre Altuğ 4 illik münasibətlərini 2008-ci ildə evliliklə rəsmi şəkildə bağlayıblar.

 

Bu evlilikdən cütlüyün iki oğlu – Uzay və Kuzey dünyaya gəlib.


Cütlük 2015-ci ildə evliliklərinə son vermək qərarı verərək tək bir məhkəmə iclasında boşanıblar. Boşanma sonrası dost olaraq qalmağı seçən keçmiş həyat yoldaşları uşaqları üçün münasibətləri müsbət saxlamağa davam edirlər.


Uzay 14 yaşını tamamladı


2 mart 2012-ci il təvəllüdlü Uzay bu il 14 yaşını qeyd edib. Doğum günü münasibətilə keçmiş əri və uşaqları ilə birlikdə görüntülənən Çağla Şikel, sosial media hesabında paylaşdığı şəkillərlə oğluna olan sevgisini ifadə edib. Şikel paylaşımında belə yazıb:


“Ananın gülü, ananın baharı, günəşi, yayı...”


Onu da qeyd edək ki, Şikel və Altuğun münasibətləri boşanmalarına baxmayaraq, uşaqlarının xoşbəxtliyi üçün davamlı əməkdaşlıq etdiklərini göstərir. Onlar həm özlərinə, həm də övladlarına sağlam və dəstək dolu bir mühit yaratmağa çalışırlar. Sosial mediada da bu birlik görüntüləri izləyicilər tərəfindən müsbət qarşılanıb və çoxsaylı şərh və paylaşım alıb.

 

Mənsumə 
Sfera.az

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
PAYLAŞ