Serenay Sarıkaya hamını təəccübləndirdi - FOTO

Paris Moda Həftəsinə dəvət alan ilk türk məşhuru Serenay Sarıkaya qırmızı xalçaya çıxaraq gözəlliyi və stili ilə yenidən diqqət mərkəzinə düşüb. Unikal moda duyğusu ilə tanınan aktrisa, Parisdə dünyaca məşhur brendlərin təriflərinə tuş gəlib.
Sfera.az xəbər verir ki, bu yaxınlarda sevgilisi Mert Demir ilə xaricdən tətildən qayıdan Sarıkaya, birbaşa iş üçün başqa ölkəyə uçaraq Paris Moda Həftəsi çərçivəsində Yves Saint Laurent (YSL) şousuna dəvət edilən ilk türk məşhuru olub.
Parisdə qırmızı xalçaya çıxan aktirisa sosial mediada da böyük maraqla qarşılanıb. Sarıkayanın seçdiyi qara, yüksək belli dəri şalvar, ağ köynək, dərin V-yaxalı və ön qalstuk kombinasiyası izləyiciləri heyran edib.
Həmişə öz üslubunu ön plana çıxaran Sarıkaya, böyük ölçülü günəş eynəyi və açıq sırğalarla müasir, güclü və son dərəcə özünəinamlı bir siluet nümayiş etdirib.
Mənsumə
Sfera.az




