Məşhur müğənni 13-cü dəfə əməliyyat olundu - FOTO

Türkiyəli məşhur müğənni Murat Dalkılıç növbəti dəfə cərrahi əməliyyat keçirib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, daha əvvəl bir neçə dəfə burun əməliyyatı olunan sənətçi bu dəfə 13-cü dəfə əməliyyat masasına uzanıb.
Sosial media hesabında paylaşım edən Dalkılıç ona göndərilən sağalma mesajlarına görə təşəkkür edib.
“Sağalma mesajlarınız üçün çox sağ olun, cavab vermədiyim üçün məni bağışlayın. Yeni sağalmağa başlayıram. Allaha şükür ki, əməliyyatım yaxşı keçdi. Həkimim dünən yaxşı şeylər dedi, ümidliyik. İnşallah, bu problemi əbədi olaraq həll edəcəyik”, - deyə o bildirib.
Sənətçi əməliyyatın uğurla başa çatdığını və hazırda sağalma prosesində olduğunu qeyd edib. O, əməliyyatdan əvvəl qısa müddətli saxlanıldığını və dərhal xəstəxanaya aparıldığı üçün ictimaiyyətə açıqlama verə bilmədiyini də vurğulayıb.
Səhhətindəki problemlərlə əlaqədar dəfələrlə burun əməliyyatı keçirən müğənninin son görünüşü sosial mediada geniş müzakirələrə səbəb olub.
Fidan Hacızadə
Sfera.az

