Kıvanç Tatlıtuğ boşanma iddiası ilə yenidən gündəmdə

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ ilə həyat yoldaşı Başak Dizer haqqında boşanma iddiaları yenidən gündəmə gəlib.
Sfera.az xəbər verir ki, cütlüyün ayrılıq ərəfəsində olduğu iddia olunur. Onların münasibətlərində böhran yaşadığı barədə yayılan məlumatlar sosial mediada geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Kıvanç Tatlıtuğ və Başak Dizer məşhur Aşk-ı Memnu serialının çəkiliş meydançasında tanış olublar və 2016-cı ildə evləniblər. Cütlüyün 2022-ci ildə ilk övladları Kurt Efe dünyaya gəlib. İddialara görə, 10 illik evlilikdə çətin dönəm yaşanır. Məsələ ilə bağlı açıqlama verən Onur Akay cütlüyün münasibətlərində problem olduğunu bildirib.
Digər yayılan məlumatlara əsasən, Başak Dizer bir müddət tək qalmaq üçün Bodruma yollanıb. Xatırladaq ki, cütlük 2023-cü ildə də boşanma şayiələri ilə gündəmə gəlib. Hələlik tərəflər məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Mənsumə
Sfera.az
