Polat Alemdar geri dönür? – "Yeraltı" serialında sürpriz

Sosial mediada son günlər geniş müzakirə olunan “Yeraltı” serialı ilə bağlı yeni transfer iddiası gündəmə gəlib.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, baş rollarında Deniz Can Aktaş, Uraz Kaygılaroğlu və Devrim Özkan kimi uğurlu aktyorların yer aldığı layihə təsirli səhnələri ilə diqqət çəkir.
Bundan əlavə, illər sonra Kurtlar Vadisi serialındakı ata-oğul obrazları ilə tanınan Sefa Zengin və Muhammed Cangören də “Yeraltı”nın heyətinə qoşularaq nostalji ab-hava yaradıb.
İndi isə sosial mediada daha bir iddia yayılıb. Bildirilir ki, “Kurtlar Vadisi”ndə Polat Alemdar obrazı ilə yadda qalan Necati Şaşmaz seriala qonaq aktyor kimi qatılacaq.
Hazırda nə məşhur aktyor, nə də istehsal heyəti tərəfindən bu barədə rəsmi açıqlama verilməyib. İddiaların doğru olub-olmayacağı qarşıdakı bölümlərdə aydınlaşacaq.
Fidan Hacızadə
Sfera.az
