İdo Tatlıses: "Ailəmin nə etdiyi ilə maraqlanmıram"

Son günlər ailə daxilində yaşanan qalmaqallarla gündəmdən düşməyən məşhur müğənni İbrahim Tatlısesin oğlu İdo Tatlıses nəhayət ki, sükutu pozub.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanında jurnalistlərin suallarını cavablandıran gənc sənətçi atasının son açıqlamalarına münasibət bildirib. Xatırladaq ki, İbrahim Tatlıses “Pazar Gezmesi” proqramında oğlu Ahmet Tatlıses və qızı Dilan Çıtak haqqında sərt fikirlər səsləndirib. Müğənni Ahmet Tatlısesin Manisada beş mənzil satdığını və bacı-qardaşlarına pay vermədiyini iddia edərək, “Səndən nifrət edirəm, oğlum” deyib. O, qızı Dilan Çıtak barədə isə “Çətinliyə düşəndə "Mən İbrahim Tatlısesin qızıyam deyir, amma çətinliyə düşməyəndə məni tanımır” sözləri ilə diqqət çəkib.
Səfərdən qayıdarkən kameralara tuş gələn İdo Tatlısesə “Onları ailənin bir hissəsi hesab edirsinizmi?” sualı ünvanlanıb. İdo isə qısa və konkret cavab verib: “Bəli, əlbəttə ki, ailəmdir. Amma onların nə etdiyi və ya nə dediyi ilə maraqlanmıram. Mən nəyin nə olduğunu bilirəm”.
Gənc sənətçi açıqlaması ilə ailə daxilində baş verən mübahisələrin onun üçün prioritet olmadığını açıq şəkildə ifadə edib. Görünən odur ki, Tatlıseslər ailəsində gərginlik hələ uzun müddət gündəmdə qalacaq.
Mənsumə
Sfera.az
